• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynanın müharibədəki itkiləri açıqlandı

DÜNYA

08 Mart 2022 | 21:51 | Müəllif: Subhan Mahmudov

Ukraynanın müharibədəki itkiləri açıqlandı

Hərbi xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynada təxminən 2600 hərbi obyekti məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Onların arasında Ukrayna silahlı qüvvələrinin 90 komanda məntəqəsi və rabitə mərkəzi, 123 S-300, "Buk" M-1 və "Osa" zenit-raket kompleksləri, həmçinin 81 radar stansiyası var.

Konaşenkov əlavə edib ki, 897 tank və digər zirehli döyüş maşını, 95 reaktiv yaylım atəş sistemi, 336 səhra artilleriya qurğusu və minaatan, 662 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 84 pilotsuz uçuş aparatı da məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026