Üzün dəri xərçənginə ən həssas olan hissəsi açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, üzün dəri xərçənginə ən həssas hissəsi kimi qulaqlar göstərilib.
Bildirilib ki, bu, insanların qulaqlarını günəşdən qorumağı tez-tez unutması ilə əlaqədardır.
Melanoma isə dəri xərçənginin ən təhlükəli növüdür və erkən mərhələdə aşkarlanmadıqda ölümcül ola bilər. Bu növ xərçəng də qulaqlar da daxil olmaqla, günəşə məruz qalan bölgələrdə inkişaf edə bilər.
Dəri xərçəngindən qorunmaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək, geniş kənarlı papaqlar taxmaq və qulaqları da daxil olmaqla, günəşə məruz qalan bütün dəri sahələrini qorumaq tövsiyə olunur.
Həmçinin, dəridə yeni ləkələr və ya mövcud ləkələrdə dəyişikliklər müşahidə edildikdə, dərhal dermatoloqa müraciət etmək vacibdir.
Mina Mikayılova