• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı

İQTİSADİYYAT

02 Yanvar 2025 | 23:11 | Müəllif: Subhan Mahmudov

Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı

Rusiyalı milyarderlərin sərvəti 2024-cü ildə 18,5 milyard dollar artıb.

Bakıvaxtı.az Valyuta.az-a istinadən xəbər verir ki, ən zəngin rusiyalı milyarder "Norilsk Nikel"in sahibi Vladimir Potanin olub. Onun sərvəti il ​​ərzində 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb.

İkinci yerdə NLMK benefisiarı Vladimir Lisindir. O, 5,05 milyard dollar zənginləşib və indi 29 milyard dollara sahibdir.

Üçüncü yeri 2024-cü ildə 2,59 milyard dollar artıraraq 27,2 milyard dollar sərvətlə "Lukoyl"un həmsahibi Vahid Ələkbərov tutub.

Dördüncü və beşinci yerlərdə 24,8 milyard dollar sərvətlə "Novatek”in ortaq sahibi Leonid Mixelson və 24,2 milyard dollar sərvətlə "Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026