• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vaksindən əvvəl və sonra NƏ OLAR, NƏ OLMAZ?

CƏMİYYƏT

15 Fevral 2022 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Vaksindən əvvəl və sonra NƏ OLAR, NƏ OLMAZ?

Koronavirus hər şeyə təsir etdiyi kimi, insanların qida rasionundan da yan keçmir. Belə ki, vaksindən əvvəl, sonra və ya virusa yoluxduğumuz müddət ərzində istədiyimiz hər şeyi istehlak edə bilmərik. Çünki bu, xəstəliyi daha da ağırlaşdıra, əks təsirlər göstərə bilər.

Pandemiya dövründə nələri etmək olmaz? Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, vaksindən əvvəl və sonra siqaret çəkmək olmaz: “Ümumiyyətlə, siqaret birbaşa karonaya zərərlidir. Çox vaxt deyirlər ki, siqaret çəkənlər koronavirusu yüngül keçirir. Yalan söhbətdir, elə ölənlərin çoxu da siqaret çəkənlər və içki içənlərdir”.

A.Salmanov deyir ki, vaksin vurulan gündən əvvəl və sonra 1-2 həftə spirtli içki içmək olmaz: “Siqaretin ağciyərə, mədə-bağırsaq sisteminə, beyinə zərəri var. Buna görə də siqaretdən uzaq durmaq lazımdır. Vaksin vurdurduqdan sonra da spirtli içkilərdən uzaq durmaq və soyuqdan qorunmaq lazımdır”.

Mütəxəssis bildirib ki, vaksin birbaşa koronavirusu məhv etmir: “Onun dərmanı hələ də elmə aşkar deyil. Sadəcə vaksinasiya zamanı bədəndə immunitet yaranması üçün virusu bədənə vururlar. Mən şəxsən heç bir vaksinə inanmıram, vaksin də vurdurmamışam, vaksinin əleyhinəyəm”.

Onun sözlərinə görə, öncəliklə, bədəndə immuniteti güclü saxlamaq lazımdır: “Analiz verib qanda D vitamini yoxlanılmalıdır. Düzdür, analiz bahadır. Bu, bizim səhiyyəmizin günahıdır. Əslində, D vitamini analizi pulsuz olmaldır. Düşünürəm ki, vaxt gələcək dövlət tərəfindən bu məsələ ilə bağlı bir addım atılacaq”. A.Salamov vurğulayıb ki, immuniteti təbii yollarla gücləndirmək üçün balıq, qaraciyər və çərəzlər bol istehlak edilməlidir: “Ət məhsulları istehlak olunmalıdır. Xaş yeməkdən qorxmasınlar. Xaşı səhər, günorta və yatmazdan 4 saat əvvəl istehlak etmək olar. Həmçinin, mövsümü meyvə və tərəvəzləri istehlak etməli, çaydan, kofedən uzaq durmalıdırlar. Çünki qızdırmalı insanlar çay və kofe içdikdə tərkibində kofein olduğu üçün qızdırmanı daha da üstələyir. Ona görə, isti suyun içərisinə zoğal, moruq və qarağat mürəbbəsi, meşə meyvələrindən hazırlanmış milli mürəbbələrimizi əlavə edib içmək olar. O cümlədən, meşə meyvələrindən hazırlanmış kompotlar, itburnu, kəklikotu kompotu çox faydalıdır. Bu cür təbii içkilərə üstünlük verməlidirlər. Hər şey insanın öz əlindədir: sağlam qidalanmaq da, qeyri-sağlam qidalanmaq da”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026