• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Valideynlərin sırğa aldığı müəllim bu məşhurun anasıdır

CƏMİYYƏT

13 Iyun 2023 | 13:09 | Müəllif: Qalib İbrahimoğlu

Valideynlərin sırğa aldığı müəllim bu məşhurun anasıdır

Aktyor-aparıcı Elcan Rəsulov son zamanlar gündəmdə olan Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva haqqında danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə öz Instagram hesabında məlumat paylaşıb.

Aktyor həmin müəllimin valideynlərə özü üçün qızıl aldırması ilə bağlı iddiaların doğru olmadığını bildirib:

“Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən, çox önyarğılı olmuşuq. O qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də, bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bir buket gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq dünyanı vermiş olarıq".

E.Rəsulov bu qənaətə hardan gəldiyini də açıqlayıb: "Əslində mən bu cür sirr açmağı sevmirəm, bəlkə də, bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş, Elcan bunu yazmazdı. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır".

Aktyor bildirib ki, yaxın dostluq münasibəti olmasa da, Faiqi 20 ilə yaxındır tanıyır: "Qış aylarında, yəni serial mövsümündə ssenarist işləyir, yay da gələn kimi başını götürüb bölgələrdəki istirahət mərkəzlərinə gedib animator işləyir, ailəsini dolandırır. O qədər abırlı uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm, az olar Bəlkə də o, evdə heç vaxt “rüşvət” sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Anası ən azından övladının altına rüşvət pulu ilə sınıq bir maşın alıb qoyardı. Amma ki, Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır. Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır -həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz… Bilmədən günahkar olarıq".

Xəyalə Rza


Valideynlərin sırğa aldığı müəllim bu məşhurun anasıdır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026