• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Veteran futbolçu tarixə düşdü

İDMAN

19 Iyun 2023 | 11:18

Veteran futbolçu tarixə düşdü

İspaniya millisinin futbolçusu Xesus Navas tarixə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, vinger buna Millətlər Liqasının finalında Xorvatiyaya qalib gəldikləri matçda nail olub.

Navas dünya və Avropa çempionatlarında, həmçinin, UEFA Millətlər Liqasında qızıl medal qazanan ilk oyunçudur.

O, həm də İspaniya yığmasının tarixində ən yaşlı futbolçu (37 yaş 209) adına sahib çıxıb. Navas 1972-ci ildə Yunanıstana qarşı yoldaşlıq görüşündə 36 yaş 346 günündə meydana çıxmış Luis Suares Miramontesi qabaqlayıb.

Xorvatiya ilə matç onun komanda yoldaşı Qavi üçün də əlamətdar olub. Yarımmüdafiəçi millidə titul qazanan ən gənc (18 yaş 317 gün) oyunçudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026