• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xankəndi-Laçın yolunda aksiya 86 gündür davam edir

SİYASƏT

07 Mart 2023 | 08:44 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolunda aksiya 86 gündür davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 86-cı günüdür.

Aksiyanı gecə saatlarında da davam etdirən iştirakçılarnövbəti günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiyanın tələbləri və şüarları dəyişməz olaraq qalır. Belə ki, iştirakçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirləar. Aksiyada Azərbaycan, rus və ingilis dillərində "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirilir.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026