• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO

CƏMİYYƏT

15 Fevral 2023 | 09:58

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin cəsədini çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.


Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR