• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

XİN: Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir

SİYASƏT

07 Mart 2023 | 17:27

XİN: Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir

Azərbaycan bu həftə X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, martın 9-dan 11-dək Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilib. Builki sammit “Bugünün Dünyası: Çağırışlar və Ümidlər” adlı altında baş tutacaq.

“Azərbaycan bu həftə Nizami Gəncəvi Byenəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Azərbaycanda milli səviyyədə ehtiramla anılan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”, - deyə paylaşımda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026