• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Xırdalanda 68 yaşlı kişi itkin düşdü

CƏMİYYƏT

26 Iyul 2023 | 10:17

Xırdalanda 68 yaşlı kişi itkin düşdü

Abşeron rayonu Xırdalan şəhərində yaşayan və yaddaş problemi olan 68 yaşlı Fəqan Daşdəmirov itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, F.Daşdəmirov iyulun 24-də günorta saatlarında Xırdalan şəhəri Quşçuluq massivi Hacı Zeynalabdin Tağıyev küçəsindəki evdən çıxıb və geriyə qayıda bilməyib.

Onun əynində göy köynək və idman şalvarı olub.

Xəstəliyi ilə əlaqədar heç kimi tanımayan və ünvanları yadında saxlaya bilməyən şəxsi görənlərdən dərhal polisə məlumat verməsi və ya 0552701747 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026