• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Metrodan nə qədər sərnişin istifadə edir?

CƏMİYYƏT

24 Avqust 2023 | 16:55 | Müəllif: Subhan Mahmudov

Metrodan nə qədər sərnişin istifadə edir?

Bu il Bakıda metrodan istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,8 faiz artaraq, 124,3 milyon nəfər olub.

Ümumilikdə qeyd olunan dövr ərzində Azərbaycanda nəqliyyatçılar 1041,1 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 911,5 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 faiz və 17,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,7 faiz, sərnişin dövriyyəsi isə 17,0 faiz artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026