• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponiya XİN rəhbəri Kiyevə getdi

DÜNYA

09 Sentyabr 2023 | 12:45

Yaponiya XİN rəhbəri Kiyevə getdi

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

O, Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Yaponiya XİN rəhbəri Hayaşi ən çox zərər çəkmiş şəhərlərdən biri olan Buçaya da gedəcək.

Naziri Yaponiyadan iş adamları da müşayiət edir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Yaponiya XİN rəhbərinin ilk səfəridir. Onun səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR