• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Yasamalda YANĞIN - YENİLƏNİB + VİDEO/FOTOLAR

HADİSƏ

10 Iyun 2026 | 20:35

Yasamalda YANĞIN - YENİLƏNİB + VİDEO/FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

 

***19:12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026