• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeməyi dəfələrlə qızdırmaq olarmı? Nəyə diqqət etməli?

CƏMİYYƏT

17 Noyabr 2022 | 17:00

Yeməyi dəfələrlə qızdırmaq olarmı? Nəyə diqqət etməli?

Bəzən yemək hazırlamağa tənbəllik edənlər ötən gündən qalma ərzağa üstünlük verir.  Ancaq bəzi yeməklərin yenidən qızdırıldıqda son dərəcə təhlükəli ola biləcəyinin belə fərqində olmurlar.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı danışan dietoloq Məhəmməd Şahin bildirib ki, saxlama şəraiti yaxşı olmadığı zaman yemək qalıqları mikrobları özünə çəkir: "Yeməyi bişən kimi soyuducuya qoymaq mümkün deyil. Bişmiş yeməklər soyuducuya qoyulmazdan əvvəl otaq şəraitində, xüsusən də üstü açıq halda olarsa, özünə çoxlu mikrob çəkir və bu mikroblar çoxalır. Soyuducudan çıxan yeməyi qızdırdığımız zaman dadının fərqli olmasının səbəbi bu mikroblardır".

Dietoloq deyir ki, qalan qidalar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Çoxlu mikrobları özünə cəlb edən qabları soyuducuya qoyduğumuzda bu mikroblar soyuducudakı digər qidalara da keçə bilər.

Onun sözlərinə  görə, yenidən qızdırılan yeməklər çoxlu qida maddələrini itirir: "Yüksək temperaturda bişmiş yemək aşağı temperaturda soyuducuda saxlanması nəticəsində qida maddələrinin çoxunu itirir".

Saxlanılan və yenidən qızdırılan yeməklər histaminlə zəngindir. Qida hər dəfə istiyə məruz qaldıqda histamin miqdarı artır. Bu qidaların istehlakı histamin dözümsüzlüyü ilə əlaqəli baş ağrısı, burun tutulması, həzm sistemi problemləri və qaşınma kimi simptomları stimullaşdıra bilər.

"Bütün bu səbəblərə görə israfa yol verməmək üçün yeməkləri bir anda istehlak edilə və bitirilə bilən miqdarda bişirmək sağlamlıq cəhətdən ən yaxşısıdır", - deyə Məhəmməd Şahin əlavə edib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026