• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeni dərs ili tıxaclarla başladı: Aidiyyatı qurumlar hansı addımlar atır?

CƏMİYYƏT

15 Sentyabr 2022 | 16:08 | Müəllif: Qalib İbrahimoğlu

Yeni dərs ili tıxaclarla başladı: Aidiyyatı qurumlar hansı addımlar atır?

Bu gün Azərbaycanda yeni tədris ili başladı. Vətəndaşların paytaxta axını şəhərdə sıxlığın artmasına səbəb olacaq. Bunun qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilir?

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, bu halı minimuma endirmək üçün agentlik tərəfindən müvafiq tapşırıqlar verilib.

Belə ki, avtobusların sayı artırılacaq, onların arasında interval sərnişin axınına uyğun olaraq tənzimlənəcək. Həmçinin avtobus sürücülərinin cədvələ riayət etməsi təmin olunacaq.

“Bundan əlavə, təhsil müəssisələrinin qarşısında yol nişanları bərpa olunur, zəruri olan yerlərdə yeniləri quraşdırılır.

Qurum vətəndaşları mümkün qədər şəxsi nəqliyyat vasitələrinin istifadəsindən imtina etməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırır”, - BNA-dan bildirilir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli isə Bakıvaxtı.az-a bildirib ki, İdarə gücləndirilmiş iş rejimi aparır: “Məqsədimiz hərəkət iştirakçılarının fasiləsiz, təhlükəsiz hərəkətini təmin etmək və vaxtında mənzil başına çatmalarına köməklik göstərməkdir. Bütövlükdə, bütün hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riyaət etməyi xahiş edirik”.

R.Əhmədli qeyd edib ki, ən əsas da, sürücülər yol hərəkət qaydalarına riyaət etməklə nəqliyyat vasitələrini düzgün qaydada park etməli, piyadalar yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarının, ən əsas da dayanma, durma qaydalarının pozulması nəqliyyat vasitələrinin intensiv hərəkətini aşağı salır və süni sıxlıqların yaranmasına səbəb olur: “Bu kimi hallara qarşı, saatın pik vaxtlarında diqqətli olmağı xahiş edir, hər kəsə təhlükəsiz yol arzu edirik. Sürücü və piyada səhlənkarlığı ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır, bu da bizi bədbəxt hadisələrlə üz-üzə qoyur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR