"Yeni Klinika"da dava olub.
Bakıvaxtı.az xəbər verir ki, Bakının Heydər Əliyev prospektində yerləşən "Yeni Klinika"da Elxan adlı şəxs orada qeydiyyatçı işləyən, 1981-ci il təvəllüdlü Anar Məmmədovu döyüb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı Nizami rayon polis idarəsi tərəfindən araşdırma aparılır. /Lent.az
















