• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yol polisindən bayramqabağı hərəkət iştirakçılarına MÜRACİƏT

CƏMİYYƏT

30 Dekabr 2021 | 09:26 | Müəllif: Qalib İbrahimoğlu

Yol polisindən bayramqabağı hərəkət iştirakçılarına MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayramla əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır: "Əvvəlki illərin təcrübəsindən məlumdur ki, bayramla əlaqədar qeyri-iş günlərində şəhər sakinləri respublikanın müxtəlif bölgələrində yerləşən istirahət zonalarına, rayonlardan isə əhali paytaxta səfər edir. Bu səbəbdən nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunur və bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini nəzərə almadan müəyyən edilmiş sürət həddini aşmaları, araməsafəsi, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

"Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, təhlükəsizlik kəmərini özləri ilə yanaşı sərnişinlərin də bağlamasını təmin etməyi, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi, yuxusuz və sərxoş vəziyyətdə sükan arxasına əyləşməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı, yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi tövsiyə edir", - deyə müraciətdə bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026