• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Yoluxanların sayı sağalanları üstələdi

CƏMİYYƏT

12 Aprel 2022 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxanların sayı sağalanları üstələdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan xşəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.


Yoluxanların sayı sağalanları üstələdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026