• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yoluxma sayı artdı - SON STATİSTİKA

CƏMİYYƏT

07 Mart 2023 | 16:36 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma sayı artdı - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, 10 135 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 664, hazırkı dövrədək isə 7 534 623 test aparılıb.


    Yoluxma sayı artdı - SON STATİSTİKA
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Noyabr 2026
    14 Noyabr 2026