• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Yuventus" "Napoli"yə qalib gəldi

İDMAN

08 Aprel 2021 | 00:13

"Yuventus" "Napoli"yə qalib gəldi

İtaliya futbol çempionatının 3-cü turunun təxirə salınmış oyununda "Yuventus" "Napoli"ni məğlub etdi.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qolları qalib komanda tərəfdən Kriştiano Ronaldu (13-cü dəqiqə) və Paulo Dibala (73), digər tərəfdən isə Lorenso İnsinye (90, penalti) vurublar.

"Yuventus" 29 matçda 59 xalla liqanın turnir cədvəlində üçüncü sırada qərarlaşaraq lider "İnter"dən 12 xal geri qalır. "Napoli" 56 xalla turnir cədvəlində beşincidir

Növbəti 30-cu turda “Yuventus” aprelin 11-də öz meydançasında “Cenoa” ilə qarşılaşacaq, “Napoli” həmin gün qonaq olaraq "Sampdoriya"ya qarşı oynayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026