Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin, eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararsı məsafənin gözlənilmədiyi müəyyən edilib.
Aşkarlanan qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.
















