• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zelenski sabah da Trampla görüşəcək

DÜNYA

16 Iyun 2026 | 23:05 | Müəllif: Subhan Mahmudov

Zelenski sabah da Trampla görüşəcək

Ukrayna və ABŞ prezidentləri – Vladimir Zelenski və Donald Tramp sabah daha bir görüş keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə V.Zelenski mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ukraynalı nümayəndələr gün ərzində amerikalı həmkarları ilə görüşəcəklər.

“Düşünürəm ki, prezidentlə (D.Tramp) ayrıca görüş keçirəcəyəm”, – deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, bu gün, 16 iyun tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Fransada keçirilən G7 sammitində iştirak edib.

Zirvə toplantısı çərçivəsində Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026