• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Zenfira İbrahimova boşanıb? – AÇIQLAMA

ŞOU

02 May 2025 | 11:50

Zenfira İbrahimova boşanıb? – AÇIQLAMA

Müğənni Zenfira İbrahimovanın həyat yoldaşı Anar Heydərov onların boşandığı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, “Bir gün” verilişində çıxış edən Anar Heydərov yayılan söz-söhbətləri təkzib edib:

 “Yox, bizdə qətiyyən boşanma söhbəti olmayıb. Sadəcə olaraq, artıq birgə görünmədiyimiz üçün insanlar elə bilirlər ki, ayrılmışıq”.

O bildirib ki, bəzi cütlüklərin efirdə özlərini uyğun olmayan şəkildə aparması onları bu qərarı verməyə vadar edib:

 “Efirə çıxan bəzi ər-arvadların özlərini "düşük" aparmasını gördüm. Dedim ki, kişinin kişiliyi olmalıdır. Ona görə də yoldaşıma – Zenfiraya dedim ki, sən sənətində, mən də biznesimdə davam edək. Bu qərar sırf şəxsi yanaşmamızdır”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR