• Bakı 34° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

ABŞ nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir - Əraqçi
DÜNYA
31 Iyul 2025 | 10:31

ABŞ nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir - Əraqçi

ABŞ danışıqların bərpasından əvvəl İranın nüvə obyektlərinə zərbələrin endirilməsi nəticəsində dəymiş ziyanı ödəməlidir.

Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Financial Times”a müsahibəsində bildirib.

"İran Birləşmiş Ştatlarla danışıqlara yalnız ABŞ-nin müharibə nəticəsində dəymiş ziyanı ödəyəcəyi, belə hücumların təkrarlanmayacağına zəmanət verəcəyi və uran zənginləşdirmə hüququnu tanıyacağı təqdirdə başlayacaq. Yeganə çıxış yolu danışıqlardır və İran sülhə sadiqdir, lakin təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcək", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, 12 günlük münaqişə zamanı və ondan sonra o, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofla danışıb. Danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən qarşıdurmaya son qoymaq üçün qarşılıqlı faydalı həll yolunun tapılması məsələsi müzakirə edilib.

"Danışıqlara başlayacağımız halda qarşı tərəfin həqiqətən də qarşılıqlı faydalı razılaşmaya nail olmaq niyyətində olduğuna öz rəhbərliyimi inandırmalıyam", - o əlavə edib.

 


SON XƏBƏRLƏR

31 Iyul 2025