• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Aİ-nin Trampa cavabı gecikmədi
DÜNYA
24 May 2025 | 09:55

Aİ-nin Trampa cavabı gecikmədi

ABŞ prezidenti Donald Trampın Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiq edilməsi təklifindən sonra, Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç sosial media hesabında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o bildirib ki, Aİ ilə ABŞ arasında ticarət danışıqları təhdidlərlə deyil, qarşılıqlı hörmətlə aparılmalıdır. 

ABŞ ticarət naziri Hovard Latnik və ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşlər keçirdiyini ifadə edən Şefçoviç, Aİ-nin hər iki tərəfə fayda verəcək ticarət razılaşması etməkdə qərarlı olduğunu vurğulayıb.

“Aİ-ABŞ ticarəti unikaldır və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır. Biz öz maraqlarımızı müdafiə etməyə hazırıq”, - o qeyd edib.


SON XƏBƏRLƏR

23 May 2025