Batacaq şəhərlər sırasında dünyanın ən məşhur şəhərlərinin adı var
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, tədbir görülməsə, 2050-ci ilə qədər şəhərin çox hissəsi su altında qala bilər.
Ölkə.az “The Swiftest”ə istinadən xəbər verir ki, dünyanın bütün sahilyanı şəhərlərinin suların qalxması səbəbindən təhlükə altındadır.
100 ildən sonra iqlim fəlakətləri nəticəsində dağılacaq şəhərlər müəyyənləşib.
“The swiftest”-in həmtəsisçisi Metyu H. Naşın araşdırmasına görə, dəniz səviyyəsinin qalxması və tez-tez baş verən daşqınlar dünyanın 36 şəhərini su altında qoyacaq.
Bunların sırasında dünyanın ən məşhur şəhərlərindən olan Vensiya, Amsterdam, Dublin, Yeni Orlean, Kopenhagen, Abu Dabi, Dubay, Sidney, Boston, İsgəndəriyyə, Mayami, San Fransisko, London, Cakarta, İzmir, İstanbul, Nyu-York, Tokio, Osaka, Mumbay və digərləri yer alıb.