• Bakı 15° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Almaniya Yunanıstana müharibə təzminatı ödəməkdən imtina edib
DÜNYA
30 Oktyabr 2024 | 17:02

Almaniya Yunanıstana müharibə təzminatı ödəməkdən imtina edib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Yunanıstana müharibə təzminatının ödənilməsi tələbini rədd edib. 

Bakıvaxtı.az "RİA “Novosti"yə istinadən xəbər verir, bu məsələni Yunanıstan prezidenti Katerina Sakellaropulu oktyabrın 30-da prezident sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul edərkən qaldırıb. 

Televiziya kameraları qarşısında dialoqu zamanı Sakellaropul Almaniyanın müharibə təzminatı ödəməsini tələb edib.

"Bu, Yunanıstan dövləti üçün həll olunmamış mühüm məsələdir. Keçmişin problemlərini müzakirə etmək vacibdir", - deyə Sakellaropul bildirib. 

Almaniya prezidenti cavab olaraq bu məsələnin onun ölkəsi üçün qanuni olaraq bağlandığını qeyd edib: "Bizim təzminat məsələsi ilə bağlı hüquqi mövqelərimiz fərqlidir və siz bunu bilirsiniz. Biz bu qənaətdəyik ki, hüquqi baxımdan bu məsələ qapalı hesab olunur. Bununla belə, biz təkcə bu məsələ ilə bağlı deyil, öz tarixi məsuliyyətimizə sadiqik". 

Qeyd edək ki, Yunanıstan Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə 309,5 milyard avro və Birinci Dünya Müharibəsi üçün 9,2 milyard avro müharibə təzminatı tələb edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR