• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Anri: Gördüyüm ən mükəmməl hücumçudur
İDMAN
29 May 2025 | 00:45

Anri: "Gördüyüm ən mükəmməl hücumçudur"

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri "Atletiko"nun futbolçusu Xulian Alvares haqda danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, "Stick to Football" podkastında deyib: 

"Son zamanlar gördüyüm ən mükəmməl hücumçu Xulian Alvaresdir. Təzyiq göstərir, tək oynayır, nə istəsən edir. O biri gün vurduğu cərimə zərbəsini gördünüz? Topu təkbaşına saxlaya bilir. Olimpiya Oyunlarında oynadı, Amerika Kubokunda oynadı. Ondan “yorulmuşam” sözünü eşitmirəm, hər oyunda iştirak edib. Və oynamaq tərzi... sadəcə xoşuma gəlir".

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində 54 oyuna çıxaraq 29 qol vurub və 7 qolun ötürməsini edib. 


SON XƏBƏRLƏR

29 May 2025