• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard manatı ötüb
İQTİSADİYYAT
27 Iyun 2025 | 16:12

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard manatı ötüb

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 188,8 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 3,1 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,9 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 980,4 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,1 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 406,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 14,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,5 %-ə yüksəlib.

İyunun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.


SON XƏBƏRLƏR