Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çəçivəsondə Ukrayna yığmasına qarşı Krakovda keçirdiyi oyundan (1:2) öncə məşqdə zədələnən Rahil Məmmədov əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, “Araz-Naxçıvan”ın müdafiəçisinə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.
O, cərrah masasına Finlandiyanın "Pihlajalinna" klinikasında uzanıb.
Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı indilik dəqiq məlumat yoxdur.
Bakı 










