• Bakı 24° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Azərbaycanla Çin arasında bu sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı
CƏMİYYƏT
12 Iyun 2025 | 14:31

Azərbaycanla Çin arasında bu sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu" imzalanıb.


SON XƏBƏRLƏR