• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə öldü
CƏMİYYƏT
27 Avqust 2026 | 23:35

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə öldü

"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı xəbəri oxuyanda dəhşətə gəldim". 

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə sözügedən nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib.

O qeyd edib ki, Ziya "Qanun" la  uzun illər əməkdaşlıq edib, rus dilindən kitablar tərcümə edib: ."Son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.Biz onun dünyasını dəyişdiyindən xəbərsiz olmuşuq. Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır. Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər? Hadisə zamanı 17 nəfər orada olub. Ailə bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq. Bir məsələni də bilmək istəyirəm: bu ölüm faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən hansı araşdırma aparılıb? Cinayət işi başlanıb, yoxsa başlanmayıb? Başlanmayıbsa, hansı əsasla?!"

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026