• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Qurban Qurbanov: Hücum xəttində çatışmazlıqlarımız vardı
İDMAN
27 Avqust 2026 | 23:48

Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız vardı"

"Qarabağ" hücum xəttində problemlərlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından sonra deyib.

O, komandanın mübarizə apardığını bildirib:

"Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız vardı. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük.

Rəqibi təbrik edirəm. İrəliyə daha yaxşı baxmalıyıq. Futbolçulara heç nə demədim. Möhtəşəm dəstək gördük. Azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026