• Bakı 18° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Azərişıq: Türkdilli ölkələr Qarabağdakı elektroenergetika islahatları ilə maraqlanırlar
İQTİSADİYYAT, CƏMİYYƏT
22 May 2025 | 15:55

"Azərişıq": Türkdilli ölkələr Qarabağdakı elektroenergetika islahatları ilə maraqlanırlar

Türkdilli ölkələr Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlarla maraqlanırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

"Azərişıq" ASC-nin qarşısında duran əsas məqsəd işğaldan azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bizim innovasiya texnologiyalarının, xüsusilə "smart texnologiyalar"ın tətbiqi üzrə türkdilli dövlətlərə bir neçə səfərimiz, onlarla təcrübə mübadiləmiz olub. Bundan başqa, onlar bizdən "yaşıl texnologiyalar"ın tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. Biz bu ölkələrin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət etmişik. Onların yaxın aylar ərzində Azərbaycana səfərini gözləyirik. Türkdilli ölkələri xüsusilə Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR