• Bakı 23° C

    16.11 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi - VİDEO
CƏMİYYƏT
10 Sentyabr 2025 | 18:34

Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi - VİDEO

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər İqtisadiyyat.az-ın redaksiyasına göndərilib.

Vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

 


SON XƏBƏRLƏR