İyunun 27-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:00-da “CoinMarketCap” platformasında 0.46% ucuzlaşaraq 107 357 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.46% azalaraq 2 447 ABŞ dolları olub. İlk beşlikdə yer alan XRP son sutkada 4.14% ucuzlaşıb, BNB isə 0.15% bahalaşıb.
Eyni zamanda, bazarın əsas stabilkoini olan Tether (USDT)-in qiyməti sabit qalaraq 1.00 ABŞ dolları səviyyəsində dəyişməyib.
Analitiklər qeyd edirlər ki, bugünkü düşüşlərin əsas səbəbləri qlobal likvidliyin azalması, ABŞ dollarının güclənməsi və investorların riskli aktivlərə yönəlməsi ilə bağlıdır. Xüsusilə XRP və Ethereum kimi altcoinlərdə satış təzyiqi daha güclüdür.
Qeyd edək ki, "Bitcoin"in bu il üzrə ən yüksək qiyməti mayın 22-də qeydə alınıb və həmin gün kriptovalyutanın dəyəri 110 000 ABŞ dollarını ötüb.