• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qərbin insan haqları seçiciliyi: Ermənistan niyə istisnadır?
SİYASƏT
27 Iyun 2025 | 16:03

Qərbin insan haqları seçiciliyi: Ermənistan niyə istisnadır?

Ermənistanda son günlərdə yaşanan hadisələr – Samvel Karapetyanın, din xadimlərinin və bir sıra siyasi fəalların həbsi bir daha sübut etdi ki, Qərbin insan haqları institutları məsələyə obyektiv deyil, siyasi maraqlar çərçivəsində yanaşır. 

Hər dəfə Azərbaycanda kiçik bir etiraz aksiyası, inzibati tədbir və ya hüquqi qərar verilən kimi, Amnesty International-dan tutmuş AŞPA-ya qədər bütün Qərb təşkilatları bir-birinin ardınca bəyanatlar verir, “narahatlıq ifadə edir”, “təzyiq çağırışları” edir.

Lakin Ermənistanda kilsəyə qarşı polis zorakılığı, din adamlarının alçaldılması və siyasi yönümlü həbslər fonunda susqunluq hökm sürür. Heç bir ciddi beynəlxalq təşkilat baş verənlərə dair konkret mövqe ortaya qoymur, guya hüquqi dövlət və dini azadlıq prinsiplərini müdafiə edən institutlar səssiz müşahidəçi mövqeyində qalır. Bu isə Qafqaz regionunda insan haqları məsələsinin selektiv və siyasi maraqlara bağlı şəkildə tətbiq olunduğunu sübut edir.

Əgər Azərbaycanda bir blogerin saxlanılması, ya da icazəsiz aksiya ilə bağlı reaksiya dərhal beynəlxalq mediada gündəm olur, bəyanatlarla müşayiət olunursa, Ermənistanda açıq-aşkar dini təqib və siyasi təzyiqlərin cavabsız qalması ikili standartların açıq nümunəsidir. Bu, yalnız Azərbaycanla yox, bütövlükdə regionda ədalətin və beynəlxalq hüququn pozulması anlamına gəlir.

Qərbin susqunluğu Ermənistan hakimiyyətinə toxunulmazlıq siqnalı verir. Belə şəraitdə “insan haqları müdafiə olunur” tezislərinin heç bir mənəvi çəkisi və siyasi obyektivliyi qalmır. Beynəlxalq ictimaiyyət ya bu ikili standartlara son qoymalı, ya da ədalət anlayışını yalnız öz maraqları üçün seçici tətbiq etdiyini etiraf etməlidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR