• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
HADİSƏ
27 Iyun 2025 | 16:20

Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib

Laçın rayonunun Zabux kəndində ümumi çəkisi 1 tondan artıq olan 7 min 46 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirib. Nəticəədə rayonun sözügedən kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.


SON XƏBƏRLƏR