ABŞ-ın İranın neft ixracını bloklamaq cəhdlərinə qarşı müharibə tənliyi aydındır: ya hamı, ya da heç kim.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Neft sata bilmədiyimiz yerdə başqa heç kim neft sata bilməyəcək. İranın infrastrukturu təhlükəsiz olmadığı müddətdə heç bir infrastruktur təhlükəsiz olmayacaq.
Hörmüz boğazının təhlükəsizliyi bölgədə Amerika qüvvələrinin olmamasından asılıdır. Biz dəfələrlə demişik ki, Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq”, - o bildirib.












