• Bakı 17° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Boks üzrə mütləq dünya çempionu vəfat edib
İDMAN
21 May 2025 | 17:55

Boks üzrə mütləq dünya çempionu vəfat edib

Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.

Bakıvaxtı.az "BoxingScene"yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb.

Tarixin ən yaxşı boksçularından hesab olunan N.Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.

Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib.


SON XƏBƏRLƏR