Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü İsayev Elnur Əlixan oğlu, 1982-ci il təvəllüdlü İsayeva Günay Valeh qızı, 2006-ci il təvəllüdlü İsayeva Nurlanə Elnur qızı, 2010-cu il təvəllüdlü İsayeva Elmira Elnur qızı və 1992-ci il təvəllüdlü Cəfərov İqbal İlham oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
13:12
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report