Konfrans Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, final görüşündə İspaniya "Betis"i İngiltərə "Çelsi"si ilə üz-üzə gəlib. Polşadakı "Vrotslav" stadionunda oynanılan matçda London təmsilçisi möhtəşəm geri dönüşlə 4:1 hesablı qələbə qazanıb. Bununla da "Çelsi" Konfrans Liqası kubokuna sahib çıxıb.
Konfrans Liqası
28 may
FİNAL
23:00. "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:4
Qollar: Abde, 9 - Fernandeş, 61, Cekson, 70, Sanço, 83, Kaysedo, 90+1
Baş hakim: İrfan Palto
"Vrotslav" stadionu, Polşa.