Hazırkı hücum tempilə Rusiya öz qarşısına qoyduğu məqsədə çatmaq üçün uzun illər sərf etməli olacaq. Buna görə də Ukraynadakı müharibənin uzanacağı və 2026-cı ildə də davam edəcəyi ehtimal olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN-də məlumat verilib.
Ukraynada artıq bir neçə aydır ki, Rusiyanın gözlənilən hücumu müzakirə olunur. Bu hücumun məqsədi Donbasın və ölkənin cənub vilayətlərinin tam işğalıdır.
“Hələlik bu hücum təsiredici deyil, lakin ruslar bəzi irəliləyişlərə nail olublar və bəzi bölgələrdə qoşunlarının sayını xeyli artırıblar”, – deyə nəşr bildirir.
Rusiya qoşunları 1200 kilometrlik cəbhə xəttinin bir neçə sahəsində irəliləməyə çalışır. Kreml bəyan edib ki, hücum Donetskin, Zaporojyenin və Xersonun şərq hissələrinin tam ələ keçirilməsinə qədər davam edəcək. Ancaq indiki irəliləyiş sürəti ilə bu illərlə vaxt aparacaq.
“Tramp administrasiyasının atəşkəs danışıqlarına daha az maraq göstərməsi səbəbindən müharibənin bu ilin sonuna və 2026-cı ilə qədər uzanacağı ehtimal olunur”, – deyə CNN yazır.