Azərbaycan millisi futbol üzrə dünya çümpionatının seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Bakıvaxtı.az bildirir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Hutsulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.
***
00:12
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.
***
23:59
13.10.2025
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gəlir.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb. İlk hissədən sonra hesab bərabərdir - 1:1.
***
23:42
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***
23:19
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşün 30-cu dəqiqəsində meydan sahibi komandanın hücumçusu Oleksey Qutsulyak adını tabloya yazdırıb.
***
23:08
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Krakovdakı "Krakoviya" stadionunda keçirilir.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.