• Bakı 22° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

DeepState: Rusiya ordusu Zaporojyedəki Malinovka istiqamətində irəliləyir
DÜNYA
29 Iyun 2025 | 16:40

DeepState: Rusiya ordusu Zaporojyedəki Malinovka istiqamətində irəliləyir

Rusiya ordusu Zaporojye vilayətinin Malinovka kəndi istiqamətində irəliləyiş əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsinin ekspertləri məlumat veriblər.

Qeyd olunur ki, Malinovka kəndi Zaporojye vilayətinin Poloji rayonunda yerləşir.

Hələ iyunun əvvəlində “DeepState” analitikləri bildirirdilər ki, rus işğalçıları Malinovka istiqamətində hücum əməliyyatlarına başlayıblar.

“Kaçaplar 7 nəfərədək qruplarla Malinovkanı ələ keçirmək məqsədilə hücum əməliyyatları həyata keçirirlər. Lakin ilk sutka ərzində düşmən yalnız “boz zona”ya daxil ola bildi və kəndin şərqindəki meşə zolaqlarına sızdı. Bəzi əsgərlər açıq sahədə birbaşa irəliləyərək Müdafiə Qüvvələrini qəfil yaxalamağa ümid edirdilər,” – deyə məlumatda qeyd olunurdu.


SON XƏBƏRLƏR