• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

DTX-nin saxladığı eks-icra başçısı həbs olundu
CƏMİYYƏT
21 Iyun 2025 | 19:23

DTX-nin saxladığı eks-icra başçısı həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.


SON XƏBƏRLƏR

21 Iyun 2025