• Bakı 26° C

    12.8 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəldi
İQTİSADİYYAT
28 Avqust 2026 | 18:18

Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəldi

Dünya bazarlarında şəkərin qiyməti təxminən 2% bahalaşaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu göstəricilər "ICE Futures" birjasının hərrac məlumatlarında öz əksini tapıb.

Bakı vaxtı ilə saat 11:49-a olan məlumata əsasən, şəkər üzrə ən yaxın - oktyabr füçersinin dəyəri əvvəlki müqavilələrlə müqayisədə 1.76% artım nümayiş etdirib. Beləliklə, qiymət bir funt (təxminən 4.54 kq) üçün 18.54 sentə qədər yüksəlib.

Şəkər sonuncu dəfə bu səviyyədə 8 aprel 2025-ci il tarixində kotirovka olunmuşdu. Bununla yanaşı, nəzərəçarpacaq bahalaşma trendi bütün avqust ayı ərzində davam etməkdədir.

Ayın əvvəlindən etibarən şəkərin birja dəyəri artıq 26.5% artıb. Nəticə etibarilə, cəmi bir neçə həftə ərzində kotirovkalar əvvəlki qiymətin dörddə birindən çox artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR