Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan danışıqların gündəliyi barədə məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun bəyanatına istinadən bildirir ki, Rusiya-Ukrayna münaqişəsi əsas mövzu olaraq qalır.
Liderlər münaqişə ilə bağlı son hadisələri və onun həlli yollarını ətraflı müzakirə edəcəklər. Prezident Ərdoğan atəşkəs və sülh danışıqları ilə bağlı çağırış etmək niyyətindədir.
Həmçinin Türkiyə və Ukrayna arasında ikitərəfli gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.