• Bakı 25° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Acapxyan saxlanıla bilməyib, MTX əməkdaşları ərazini tərk edib - YENİLƏNİB
DÜNYA
27 Iyun 2025 | 14:49

Acapxyan saxlanıla bilməyib, MTX əməkdaşları ərazini tərk edib - YENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilməyib Eçmiədzindəki monastırı tərk ediblər.

Bakıvaxtı.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə əsasən, MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

***

12:49

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzin monastırından aparıb.

Bakıvaxtı.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, onun saxlanılmasından sonra monastır ətrafında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmaqlar baş verir.

***

12:26

Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.

Bakıvaxtı.az məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".

Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.

***

12:05

Erməni Kilsəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

***

11:56

Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.

***

11:47

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

Bu barədə Bakıvaxtı.az  TASS-a istinadən məlumat verir.

Məlumata görə, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.

Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.

Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.


SON XƏBƏRLƏR

26 Iyun 2025