"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az bu barədə milli.az-a istinadən xəbər verir.
Vəsiyyətini açıqlayan sənətçi var-dövlətini övladları arasında böldüyünü etiraf edib:
"İki övladım və 2 nəvəm var. İkinci nəvəm "baba" deyən kimi ona kart bağışlayacağam və içərisində müəyyən məbləğ olacaq. 18 yaşına çatana qədər orada qalacaq. O vaxta kimi 100 min manata yüksələr. Qızım xaricdə yaşayır. Ona bir ev bağışlamışam, adına da keçirtmişəm. Qalan nəyim varsa, oğluma vəsiyyət edəcəyəm".